Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 10 nəfər yaralanıb.
Hadisə Sivas-Suşehri avtomobil yolunun Gemin dərəsi ərazisində, Çokrak kəndi yaxınlığında baş verib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarm, AFAD və təcili tibbi yardım qrupları göndərilib.
Qəzada 4 nəfər hadisə yerində həyatını itirib. Yaralanan 10 nəfər, o cümlədən vəziyyəti ağır olan 4 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.