logo
logo logo
logo

Bülent Ersoyun konsertində gərginlik - Tamaşaçını təhqir etdi

14:08 - 24 Avqust 2026

Bülent Ersoyun konsertində gərginlik - Tamaşaçını təhqir etdi

Türkiyənin tanınmış klassik musiqi ifaçısı Bülent Ersoy Kuşadasında keçirdiyi konsertdən bir neçə saat əvvəl səhhətində problem yarandığı üçün damar yolu ilə müalicə alıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkimlərin səhnəyə çıxmamaq barədə xəbərdarlıqlarına baxmayaraq, sənətçi konserti ləğv etməyərək səhnəyə çıxıb.

Kuşadası Altın Güvercin Amfiteatrında keçirilən konsert zamanı bəzi tamaşaçıların gecikməyə etiraz etməsi gərginliyə səbəb olub. Bundan əsəbiləşən Ersoy “Xəstə-xəstə bura çıxmışam” deyərək narazılığını bildirib.

Bundan sonra tamaşaçılardan birinin ona “Hörmətsizlik edirsiniz” deməsi sənətçinin daha da əsəbiləşməsinə səbəb olub. Ersoy həmin tamaşaçıya təhqiramiz ifadə ilə cavab verib. Eşitdiyi sözlərdən qəzəblənən tanınmış sənətçi “Səhnəyə çıxmağım hörmətsizlikdir? Rədd ol buradan!” deyərək təhqiramiz ifadə işlədib.

Amfiteatrda gərginliyə səbəb olan qısa mübahisədən sonra vəziyyət sakitləşib. Bundan sonra konsertini davam etdirən Bülent Ersoy proqramını mahnılarını ifa etməklə başa vurub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az