logo
logo logo
logo

Türkiyənin məşhur musiqi qrupu dağılır

11:07 - 27 Avqust 2026

Türkiyənin məşhur musiqi qrupu dağılır

“Dünyadan Uzaq”, “Canıma Minnət” və “Yalanı Burax” mahnıları ilə tanınan Türkiyənin sevilən musiqi qrupu “Sakilər”dən pərəstişkarlarını kədərləndirən xəbər gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qrupun gitaraçısı Yücel Girgin kollektivin fəaliyyətini dayandırmaq qərarını “Sakilər dövrü öz missiyasını tamamladı” sözləri ilə açıqlayıb.

Hasan Gözetlik, Yücel Girgin və Serkan Balkandan ibarət “Sakilər” qrupunun 6 illik musiqi fəaliyyəti başa çatıb.

Girgin sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib:

“Uğur heç vaxt təsadüf olmayıb; doğru zamanda, doğru duyğu ilə inanmağın nəticəsi olub. ‘Sakilər’ dövrü arxasında möhtəşəm mahnılar və unudulmaz xatirələr qoyaraq öz missiyasını tamamladı. Bu gözəl yolda yanımızda olan hər kəsə təşəkkür edirəm. İndi bir qədər dayanmaq zamanıdır. İnsanların ruhundakı ən güclü duyğunu yenidən tutmaq və zəkanın musiqiyə istiqamət verdiyi yeni layihələrdə görüşmək ümidi ilə. Tezliklə görüşənədək. Hörmətlə...”.

Ayrılıq qərarından sonra qrupun “Instagram” sosial şəbəkəsindəki hesabı da bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az