logo
logo logo
logo

Rusiya onu "arzuolunmaz şəxs" elan etdi

17:10 - 27 Avqust 2026

Rusiya onu \"arzuolunmaz şəxs\" elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfirliyində çalışan diplomatlardan birini “arzuolunmaz şəxs” elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, bu addım Rumıniyanın daha əvvəl rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavab olaraq atılıb.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Rumıniyanın rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan etməsi qərarının əsassız olduğu bildirilib. Bununla əlaqədar Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burda nazirliyə çağırılıb və ona diplomatlardan birinin “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı nota təqdim olunub.

Rumıniya son günlər ölkə ərazisinə üç pilotsuz uçuş aparatının düşməsini əsas gətirərək rusiyalı diplomatlardan birinin ölkədən çıxarılması barədə qərar vermişdi. Buxarest həmçinin Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlamışdı. Tərəflərin qarşılıqlı diplomatik addımları Moskva ilə Buxarest arasında gərginliyin daha da artdığını göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az