logo
logo logo
logo

"Ebola virusu bu ərazidə bitdi" - ÜST

17:21 - 27 Avqust 2026

\"Ebola virusu bu ərazidə bitdi\" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada Ebola epidemiyasının başa çatdığını təsdiqləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat bununla yanaşı, Konqo Demokratik Respublikasında virusun yayılmasının davam etdiyini və vəziyyətin hələ nəzarət altına alınmadığını açıqlayıb.

ÜST-nin Afrika üzrə Regional Ofisinin fövqəladə hallar direktoru Mari-Rozelin Belizer keçirdiyi brifinqdə Uqandada Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyasının sona çatdığını bildirib. Onun sözlərinə görə, ölkədə son Ebola xəstəsinin xəstəxanadan buraxılmasından sonra 42 gün ərzində yeni yoluxma qeydə alınmayıb. Bu səbəbdən ötən ay epidemiyanın başa çatdığı elan edilib. Bununla belə, ÜST yeni yoluxma zəncirlərinin gözdən qaçırılmadığından əmin olmaq üçün Uqandadakı vəziyyəti izləməkdə davam edir.

Konqo Demokratik Respublikasında isə vəziyyət daha ciddi olaraq qalır. Belizerin sözlərinə görə, bazar ertəsinə olan məlumata əsasən, ölkədə 5 656 təsdiqlənmiş Ebola xəstəsi qeydə alınıb, 2 715 nəfər isə virusdan həyatını itirib. O, bunun Konqo Demokratik Respublikasının tarixində ən böyük və ən ölümcül Ebola epidemiyasına çevrildiyini bildirib.

ÜST rəsmisi yoluxma hallarının artım tempində müəyyən zəifləmə müşahidə olunduğunu desə də, epidemiyanın hələlik nəzarət altına alınmadığını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az