logo
logo logo
logo

İran rəsmisindən Trampa sərt cavab

15:01 - 28 Avqust 2026

İran rəsmisindən Trampa sərt cavab

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “ABŞ ərazisi” kimi təqdim etməsinə “şizofreniya” ifadəsi ilə cavab verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qəribabadi sosial şəbəkə hesabında paylaşdığı yazıda Trampın Hörmüz boğazını “yeni ABŞ ərazisi” kimi göstərən paylaşımına istehza ilə münasibət bildirib. O, paylaşımında Trampın sözügedən ifadələrinə işarə edən bir görüntüdən istifadə edib.

İran rəsmisi görüntü ilə yanaşı, “şizofreniya” sözünün “düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixotik pozuntu” kimi izahını da paylaşıb. O, həmçinin bu xəstəliyin ən geniş yayılmış əlamətlərinin hallüsinasiyalar və sayıqlamalar olduğunu, belə xəstələrin 24 saat nəzarətdə saxlanılmalı olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkə hesabında “ABŞ əraziləri” başlığı altında Puerto-Riko, Quam və Amerika Samoası kimi ABŞ-a məxsus ərazilərin bayraqları ilə yanaşı, Hörmüz boğazının da “yeni ABŞ ərazisi” kimi göstərildiyi görüntü paylaşmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az