İranla ABŞ arasında fevralın 28-də başlayan müharibədən sonra Hörmüz boğazında ticarət gəmilərinin hərəkətində ciddi azalma qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada yerləşən gəmi izləmə şirkəti Kpler-in məlumatına görə, cümə axşamı boğazdan cəmi 7 ticarət gəmisi keçib. Bu göstərici son 10 gündə qeydə alınan gündəlik orta göstəricidən – 15 gəmidən dəfələrlə azdır.
Məlumata görə, boğazdan keçən gəmilərdən 4-ü ərazidən çıxıb, 3-ü isə boğaza daxil olub.
İranla ABŞ arasında davam edən müharibə və gərginlik Hörmüz boğazında dəniz ticarətinin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub. Kpler-in son məlumatları boğazdan keçən gəmilərin sayının son 10 günlük orta göstəricidən xeyli aşağı düşdüyünü göstərir.