Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Haynsberq şəhərində kiçik təyyarənin tarlaya düşdüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları göndərilib.
Təyyarənin tamamilə parçalandığı, qalıqların bir neçə ağacın yerləşdiyi tarlanın kənarına yayıldığı bildirilib. Qəza nəticəsində həlak olanların şəxsiyyəti və təyyarənin heyəti barədə məlumat verilməyib.
Səlahiyyətli qurumlar araşdırmanın davam etdiyini bildiriblər.