Pakistanın Xeybər-Paxtunxva əyalətində məscid yaxınlığında dəhşətli partlayış törədilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi ilkin məlumatlara əsasən, qanlı hadisə nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Əraziyə xilasedicilər cəlb olunub, ölənlərin sayının artacağı istisna edilmir.