logo
logo logo
logo

Fransada dizelin qiymətində tarixi rekord qeydə alındı  

17:55 - 18 Sentyabr 2026

Fransada dizelin qiymətində tarixi rekord qeydə alındı  

Fransada dizel yanacağının qiyməti üzrə yeni rekord qeydə alınıb. Artıq on gündən çoxdur ki, benzin qiymətləri 2022-ci ildəki pik göstəricidən yüksək səviyyədə qalmaqdadır.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Fransada bir litr dizel yanacağının orta qiyməti 2.39 avronu keçərək yeni maksimuma çatıb.

Nəşrdə qeyd olunur ki, yanacaqdoldurma məntəqələrindəki bu qiymət artımı etiraz aksiyalarının keçirilməsi çağırışlarına səbəb olur.

Fransada dizel üzrə əvvəlki qiymət rekordu (litr üçün 2.38 avro) 2026-cı ilin aprelində müəyyən edilmişdi. Sözügedən Avropa ölkəsində ən çox tələbat olan "SP95-E10" markalı benzinin orta qiyməti bir litr üçün 2.17 avrodur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az