İstanbulun Küçükçekmece rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülən binanın bir hissəsi çöküb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı yoldan keçən 2 nəfər yaralanıb.
Məlumata görə şəhərsalma layihəsi çərçivəsində boşaldılan və sökülməsinə başlanılan binanın bir hissəsində çökmə meydana gəlib.
Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.
Yanğınsöndürənlərin dağıntıların olduğu ərazidə axtarış-xilasetmə işləri davam edir.