Ukrayna Ordusunun Moskvaya dron hücumu zamanı “Sadovod” bazarı zərər görüb.
Manset.az xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları “Sadovod” Ticarət Mərkəzinin birinci sırasının damına düşüb.
Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb.
Hadisədən sonra ticarət kompleksinin fəaliyyəti müvəqqəti dayandırılıb. “İnterfaks”ın məlumatına görə, “Sadovod”a gedən bəzi ictimai nəqliyyat marşrutları da ləğv olunub.
Qeyd edək ki, “Sadovod” Moskvada azərbaycanlıların da çalışdığı ən böyük topdan və pərakəndə satış mərkəzlərindən biridir.