Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Suriya Prezidenti Əhməd Şara "Atlantic Council" düşüncə mərkəzində Ağ Evin Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Brett Makqörkün moderatorluğu ilə keçirilən panel toplantısında çıxış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şara Suriyada davamlı sülhün bərqərar olması üçün çalışdıqlarını vurğulayaraq bildirib: "Suriya torpaqlarının işğal altında qalması sülh demək deyil. Sülh yalnız Suriyanın pozulmuş hüquqları və haqları bərpa olunduqdan sonra mümkündür. İsrailin Suriyaya qarşı yürütdüyü siyasəti Qəzzada baş verənlərə əsasən müəyyənləşdirməsi yanlış yanaşmadır. Əgər öz təhlükəsizliyinizi qorumaq istəyirsinizsə, başqalarının da təhlükəsizliyinə hörmətlə yanaşmalısınız".
Saziş əldə etmək üçün İsrail tərəfi ilə bir neçə mərhələdə danışıqlar apardıqlarını diqqətə çatdıran Suriya lideri əlavə edib: "İsrail ilə aparılan danışıqlarda təxminən 90 faiz razılıq əldə etmişdik, lakin son anda İsrail geri çəkildi".