logo
logo logo
logo

İran Prezidenti Vaşinqtona xəbərdarlıq etdi - “Güc dilini qəbul etmirik!”

13:54 - 24 Sentyabr 2026

İran Prezidenti Vaşinqtona xəbərdarlıq etdi - “Güc dilini qəbul etmirik!”

İran Prezidenti Məsud Pezeşkiyan dünən BMT Baş Assambleyasında Vaşinqtonun ünvanına sərt bəyanatlar səsləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin hücumları nəticəsində uşaqların həlak olduğunu bildirən Pezeşkiyan Minabdakı məktəbdə həyatını itirən uşaqları xatırladaraq “Onlar terrorçu idi?” sualını ünvanlayıb. ABŞ Prezidenti Donald Trampın İranı “terrorçu” adlandırmasına cavab verən Pezeşkiyan “Əslində biz terror qurbanıyıq” deyə vurğulayıb. İranın hücumlar qarşısında geri çəkilmədiyini qeyd edən dövlət başçısı “Biz cavab verdik, lakin mülki şəxsləri heç vaxt hədəf almadıq” ifadələrini işlədib.

Pezeşkiyan daha sonra əlavə edib: “Tramp bilməlidir ki, artan təzyiq və zorakılıq qarşısında İran xalqının müqaviməti daha da möhkəmlənəcək. Biz heç vaxt təslim olmayacaq və diz çökməyəcəyik. Cənab Tramp və bizə təzyiq göstərməyə çalışanlar anlamalıdırlar ki, güc dilini qəbul etmədən dialoq, diplomatiya və danışıqlara hazırıq”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az