logo
logo logo
logo

Dəhşətli sel sonrası 700 min nəfər zərər çəkdi    

16:43 - 28 Sentyabr 2026

Dəhşətli sel sonrası 700 min nəfər zərər çəkdi    

Taylandın paytaxtı Banqkokun böyük hissəsində baş verən sel fəlakətinin təxminən 700 min insana mənfi təsir göstərdiyi bildirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Banqkok Böyükşəhər Bələdiyyəsinin sədr müavini Tavida Kamolvej açıqlamasında Tayland körfəzindən gələn alçaq təzyiqin gətirdiyi güclü yağışların şəhərin şərqindəki rayonlarda selə səbəb olduğunu bildirib.

Kamolvej bir çox yaşayış məhəlləsinin su altında qaldığını və minlərlə insanın təxliyə mərkəzlərinə yerləşdirildiyini deyib.

Sel fəlakətindən ümumilikdə 700 min nəfərin zərər çəkdiyini bildirən Kamolvej hazırda yüz minlərlə şüşə içməli suya ehtiyac olduğunu qeyd edib.

Banqkokun meri Çadçart Sittipunt isə keçirdiyi mətbuat konfransında sel sularının çəkilməsi işlərinin davam etdiyini və kanallardakı su səviyyəsinin azalmasının gözlənildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az