logo
logo logo
logo

Hindistanda universitetdə cinsi zorakılıq iddiası etirazlara səbəb oldu    

17:50 - 28 Sentyabr 2026

Hindistanda universitetdə cinsi zorakılıq iddiası etirazlara səbəb oldu    

Hindistanın Pəncab əyalətində yerləşən Lovely Professional Universitetində bir qadın tələbənin cinsi zorakılığa məruz qalması ilə bağlı iddialar kampusda geniş etirazlara səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, minlərlə tələbənin qatıldığı aksiyalar zamanı bəzi binalara və nəqliyyat vasitələrinə ziyan vurulub, bir neçə avtomobil yandırılıb. Polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar baş verib. Universitet rəhbərliyi iddiaları rədd edib, polis araşdırmaya başlayıb və kampusda tədris prosesinə 10 gün müddətinə ara verilib.

Pəncab əyalətinin Phaqvara şəhərində yerləşən universitetdə cinsi zorakılıq iddiası ilə başlayan etirazlar qısa müddətdə zorakılıq hallarına çevrilib. Tələbələr kampusda kənardan gələn bir şəxsin qadın tələbəyə cinsi zorakılıq göstərməsi barədə iddialardan sonra universitet rəhbərliyinə etiraz etmək üçün toplaşıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az