logo
logo logo
logo

Ankarada polis əməkdaşı güllələnərək şəhid oldu – 2 nəfər saxlanıldı

12:43 - 07 Oktyabr 2026

Ankarada polis əməkdaşı güllələnərək şəhid oldu – 2 nəfər saxlanıldı

Türkiyənin Ankara şəhərinin Pursaklar rayonunda yoxlama məntəqəsində polis əməkdaşlarına atəş açılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində polis əməkdaşı Əhməd Türkoğlu şəhid olub.

Hadisə Ankaranın Pursaklar rayonunda yerləşən Karacaörən yolayrıcında, TOKİ yolunda baş verib.

Məlumata görə, yoxlama məntəqəsində bir avtomobil saxlanıldıqdan sonra nəqliyyat vasitəsinin arxa qapısından düşən şəxs polis əməkdaşına iki dəfə atəş açıb. Nəticədə polis əməkdaşı Əhməd Türkoğlu aldığı güllə yaralarından həyatını itirib.

Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan avtomobildəki iki nəfər tutulub.

Əhməd Türkoğlunu güllələyərək öldürən şəxsin isə daha sonra tapança ilə başına bir dəfə atəş açaraq intihara cəhd etdiyi bildirilir. Ağır yaralanan şəxs Pursaklar Dövlət Xəstəxanasına çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az