logo
logo logo
logo

Kimya üzrə Nobel mükafatı fransalı və yaponiyalı alimlərə verildi

21:11 - 07 Oktyabr 2026

Kimya üzrə Nobel mükafatı fransalı və yaponiyalı alimlərə verildi

2026-cı il Kimya üzrə Nobel mükafatı Fransa və Yaponiyadan olan alimlər Henri Kaqan və Kenzo Soaya "asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə" verilib.


Manset.az Musavat.com-a istinadən xarici mediaya istinadla xəbər verir ki, Henri Kaqan Fransanın Paris-Sud Universitetinin, Kenzo Soa isə Yaponiyanın Tokio Elm Universitetinin əməkdaşıdır.

"Henri Kaqan və Kenzo Soai bir əsrdən çoxdur davam edən kimyəvi bir sirri həll ediblər: homoxirallığın necə öz-özünə yarana biləcəyini. Onların hazırladıqları kimyəvi reaksiyalar təsirlidir", - deyə Nobel Kimya Komitəsinin sədri Heyner Linke qeyd edib.

Komitə əlavə edib ki, alimlərin kəşfi "kimyaçıların dərman istehsalı üçün reaksiyalar hazırlaması üçün həlledici rol oynayıb".

2025-ci il Kimya üzrə Nobel mükafatı "metal-üzvi çərçivə strukturlarının hazırlanmasına görə" Susumu Kitaqavaya (Yaponiya), Riçard Robsona (Avstraliya) və Omar Yaqiyə (ABŞ) verilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az