logo
logo logo
logo

Ukrayna Rusiyada neft emalı zavodunu hədəf aldı

17:24 - 09 Oktyabr 2026

Ukrayna Rusiyada neft emalı zavodunu hədəf aldı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın tərkibindəki Komi Respublikasında yerləşən Uxta neft emalı zavodunu hədəf aldıqlarını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkəsinin son iki gündə Rusiyadakı hədəflərə qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

O, Ukrayna sərhədindən 1 900 kilometr məsafədə yerləşən Uxta neft emalı zavoduna “An-196 RS” tipli pilotsuz uçuş aparatları ilə hücum etdiklərini qeyd edib. Zelenski bu aparatların 2 500 kilometrədək məsafə qət edə bildiyini bildirib.

Zelenski Rusiyada bir məlumat mərkəzinin də hədəf alındığını bildirib.

“Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab verməyə və bunu dəqiq zərbələrlə həyata keçirməyə davam edirik”, – deyə o vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az