Manset.az xəbər verir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, gənc oğlan özünü nəqliyyat müəssisəsinin sürücüsü kimi qələmə verib və avtobusu nəzərdə tutulan avtoban marşrutu əvəzinə şəhərin qərb rayonlarına doğru yönəldib.
Daşıyıcı şirkətin nümayəndələri GPS sistemi vasitəsilə nəqliyyat vasitəsinin yerini təyin edə biliblər. Polis əməkdaşları avtobusu avtovağzaldan bir neçə kilometr aralıda saxlayıblar. Hadisə nəticəsində salondakı sərnişinlərdən heç kim xəsarət almayıb.
Saxlanılan şəxs polis bölməsinə aparılıb. Onun barəsində nəqliyyat vasitəsini qanunsuz ələ keçirmə və sürücülük hüququ olmadan idarəetmə faktları üzrə cinayət işləri qaldırılıb. Protokollar tərtib edildikdən sonra gənc yaxın qohumunun qəyyumluğuna verilib.
Həmin qanunsuz hərəkətləri törədən şəxs daha əvvəl də dəfələrlə analoji əməllər törədib.