Rusiyanın Sankt-Peterburq şəhərində dörd nəfər meymunçiçəyi xəstəliyi ilə xəstəxanaya yerləşdirilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tibb işçiləri həmin dörd nəfəri Krasnoqvardeyski rayonundakı bir mənzildən götürüblər. Yoluxma faktı test nəticələri ilə təsdiqlənib və onlar Botkin adına xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yoluxan şəxslərin hamısı infeksiya mənbəyi ilə təmasda olublar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, onlarda yüksək hərarət və limfa düyünlərinin böyüməsi müşahidə olunur.