logo
logo logo
logo

Bu şəhərin hava keyfiyyəti təhlükəli səviyyəyə çatdı

17:51 - 13 Noyabr 2026

Bu şəhərin hava keyfiyyəti təhlükəli səviyyəyə çatdı

Hindistanın paytaxtı Yeni Dehlidə qeyd olunan Diwali (İşıqlar bayramı) festivalından sonra havanın keyfiyyəti təhlükəli həddə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Yeni Dehli sakinləri səhər saatlarında şəhəri bürüyən sıx duman və məhdud görünüş məsafəsi ilə qarşılaşıblar.

Hökumətə tabe olan Mərkəzi Havanın Çirklənməsinə Nəzarət Şurasının (CPCB) məlumatları paytaxtda havanın keyfiyyəti indeksinin kəskin yüksəldiyini göstərib.

Belə ki, Yeni Dehlidə orta hava keyfiyyəti indeksi ötən gün qeydə alınan 350 göstəricisindən 403-ə yüksəlib. Bununla da hava çirklənməsinin səviyyəsi “çox pis” kateqoriyasından “təhlükəli” kateqoriyasına keçib.

Paytaxtda noyabrın 8-də qeyd olunan Diwali bayramı zamanı istifadə edilən fişənglərin havanın daha çox çirklənməsinə səbəb olduğu ehtimal edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az