Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava zərbələri nəticəsində 2 mülki şəxs həyatını itirib, 41 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial şəbəkə hesabında yayılan məlumatda Rusiyanın bu gecə Zaporojye şəhərini hədəf aldığı bildirilib.
Açıqlamada şəhərdəki bir neçə çoxmərtəbəli yaşayış binasının zərbələrə məruz qaldığı qeyd olunub. Hadisə yerində axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.