FED uçot dərəcələrini ARTIRDI

23:02 - 26 İyul 2023

FED uçot dərəcələrini ARTIRDI

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini artırıb.

 

Manset.az xəbər verir ki, bu barədə FED-in saytında məlumat verilib.

Bildirilir ki, uçot dərəcələri 25 faiz bəndi artırılaraq 5,25-5,50 aralığına çatdırılıb.

Məlumata görə, bu, son 22 ilin ən yüksək uçot dərəcəsidir.

Açıqlamada deyilir ki, uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmaq hədəflənir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az