Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb
Manset.az report-a istinadən xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb.
Hadisə ötən gün axşam rayonun Külüs kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyidi dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.
Faktla bağlı araşdırma aparılır.