Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daxil olmuş qanun ilə bağlı məlumat əsasında keçirilən əməliyyatla büronun sədri Abdullayev Rəşad Tapdıq oğlu və bir vəkil saxlanılıb.
Vəkillər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. Hələ ki, əməliyyatın detalları barədə rəsmi məlumat verilməyib.
Fotoda: Rəşad Abdullayev