"Mercedes" Culfada dərəyə aşdı

22:21 - 28 Avqust 2024

\"Mercedes\" Culfada dərəyə aşdı

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az