Yanğın “LC Waikiki”nin anbarında baş verməyib - YENİLƏNİB

11:49 - 07 İyul 2025

Yanğın “LC Waikiki”nin anbarında baş verməyib - YENİLƏNİB

FHN-dən bildirilib ki, sözügedən yanğın hadisəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.

Anbara bitişik kağız sexi yanıb və bu barədə ötən gün FHN məlumat yayıb.


***

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az