Bakıda moped piyadanı belə vurdu - ANBAAN GÖRÜNTÜ

19:15 - 09 İyul 2025

Bakıda moped piyadanı belə vurdu - ANBAAN GÖRÜNTÜ

Bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib:

“Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə onlar üçün real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etməsi, bu nəqliyyat vasitələrinin sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az