Bakıda avtomobil qaçırıldı

14:30 - 01 Sentyabr 2025

Bakıda avtomobil qaçırıldı

Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək “VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.


Manset.az xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Hüseynov və 23 yaşlı V.Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az