Sumqayıtda zavodda YANĞIN 

19:17 - 01 Sentyabr 2025

Sumqayıtda zavodda YANĞIN 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində yerləşən karton məmulatları istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində zavodun həyətində baş verən yanğının genişlənməsinin və zavod binasına keçməsinin qarşısı alınıb. Hadisə qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 1800 kvadratmetr sahədə yığılmış karton tullantılarının 450 kvadratmetri yanıb.

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub", - məlumatda bildirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az