Göygöldə ağır QƏZA - Ölən var

18:57 - 02 Sentyabr 2025

Göygöldə ağır QƏZA - Ölən var

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, rayonun Hacıməlik kəndi ərazisində qeydə alınıb.

99-XE-433 dövlət nömrə nişanlı DAF markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkət edən 77-RM-692 nömrə nişanlı MAN markalı yük maşını toqquşub.

Nəticədə MAN markalı avtomobilin sürücüsü Sahib Şair oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az