Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük maşını ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Lakin G.Həmidova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.