Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.
Manset.az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.
Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib. Bununla da bədbəxt hadisə nəticəsində 1 ailənin 3 üzvü ölüb.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.