Gəncədə 4 otaqlı ev yandı - Ər-arvad zəhərləndi

09:09 - 05 Sentyabr 2025

Gəncədə 4 otaqlı ev yandı - Ər-arvad zəhərləndi

Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub.


Manset.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. 

Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib.

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az