Ağdamda ağır QƏZA - Yaralılar var

22:57 - 13 Sentyabr 2025

Ağdamda ağır QƏZA - Yaralılar var

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik maşının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilib ki, 3 nəfər (kişi cinsli – red.) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır”.

Qəzada xəsarət alanlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir. 

Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az