Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəzada Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 1963-ci il təvəllüdlü Abbasov Elalim Əhəd oğlu, 1980-cı il təvəllüdlü Əliyev Azad Vaqif oğlu və 1972-ci il təvəllüdlü Abbasov Zeynal Əhəd oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.