Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
***
17:26
Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.
Ətraflı məlumat veriləcək.