Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd etdi - Vəziyyəti ağırdır 

10:59 - 07 Oktyabr 2025

Lamiyəni bıçaqlayan keçmiş əri intihara cəhd etdi - Vəziyyəti ağırdır 

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.


Manset.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

***

TƏBİB-dən bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az