Tovuzda 1 ay əvvəl itin dişlədiyi məktəbli xəstəxanada öldü

22:53 - 07 Oktyabr 2025

Tovuzda 1 ay əvvəl itin dişlədiyi məktəbli xəstəxanada öldü

Tovuz sakini Bakıda xəstəxana ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az