Tovuz rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin meyiti kənd ərazisində aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
12:58
Tovuz rayonunda qətl hadisəsi törədilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.
Hadisənin qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə tərəfindən törədildiyi bildirilir. Onun saxlanması istiqamətində polis tərəfindən tədbirlər görülür.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.