Tovuzdakı hadisə ilə bağlı cinayət işi açıldı

20:44 - 16 Oktyabr 2025

Tovuzdakı hadisə ilə bağlı cinayət işi açıldı

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.


Manset.az xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az