Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manset.az Report-a istinadən xəbər verir ki, "Hyundai iX35", "BMW X5" və "Ford" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Ford" markalı nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.