25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
19:43
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub.
Manset.az APA-ya istinadən xəbər verir ki, rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Şumanov Əhməd Arif oğlu qohumunun evində təmir işi görərkən cərəyan cərəyan vurub.
Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma başlanıb.