Salyanda qəza - Yaralılar var

15:30 - 26 Oktyabr 2025

Salyanda qəza - Yaralılar var

Salyanda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.


Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xədicə Ağakərim qızı Sadıqovanın idarə etdiyi "Changan" markalı avtomobil KIA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Changan"ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər - Salyan rayon sakinləri, 1999-cu il təvəllüdlü Babək Əlifağa oğlu Alxanov, 1989-cu il təvəllüdlü Şamxal Ələsgər oğlu Mayılov, 1986-cı il təvəllüdlü Saməddin Əlişal oğlu Bayramov və 1997-ci il təvəllüdlü Mahir Qalib oğlu Bayramov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az