Tovuzda kafedə bıçaqlanma oldu

23:00 - 26 Oktyabr 2025

Tovuzda kafedə bıçaqlanma oldu

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az