62 baş heyvanın oğurlanması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

22:12 - 27 Oktyabr 2025

62 baş heyvanın oğurlanması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki fermadan edilmiş oğurluq faktı ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb.


Manset.az-ın Report-a istinadən məlumatına görə, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, oğurluq əməlini törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.

***

21:42

Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

Belə ki, gecə saatlarında maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanları oğurlayaraq naməlum istiqamətə aparıblar. Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kameralarına düşüb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az