Qadının saçlarını keçəl edib görüntüsünü yaydılar - Əri saxlanıldı

20:16 - 28 Oktyabr 2025

Qadının saçlarını keçəl edib görüntüsünü yaydılar - Əri saxlanıldı

Sosial şəbəkələrdə kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qadının saçlarının keçəl edildiyi və təhqir olunduğu kadrlar yer alıb.


Həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Manset.az-a bildirib ki, oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az