17 yaşlı hamilə gəlinin ÖLÜM SƏBƏBİ - YENİLƏNİB

13:42 - 29 Oktyabr 2025

17 yaşlı hamilə gəlinin ÖLÜM SƏBƏBİ - YENİLƏNİB

Astara rayonunda toyu günü ölən 17 yaşlı gəlinin xəstəxanaya daxil olma səbəbi açıqlanıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-a bildirilib ki, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

***

11:17

Astarada dünən toyu olan gəlin bu gün ölüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az