İsmayıllıda maşınlar toqquşdu - Ölən var 

11:18 - 02 Noyabr 2025

İsmayıllıda maşınlar toqquşdu - Ölən var 

Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə Buynuz kəndi ərazisində olub.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az